Lent.az bildirir ki, hadisə Trabzonun Akçaabat qəsəbəsində baş verib. Orta məktəbdə çalışan 28 yaşlı müəllim Merve Zengin binanın 7-ci mərtəbəsində yaşadığı mənzilin eyvanından özünü ataraq, həyatına son qoyub.
İntihar edən qadının bir müddət əvvəl Ağrı şəhərindən Trabzona təyinata göndərildiyi bildirilir.