Azərbaycan mafiyası ilə bağlı YENİ QƏRAR

15-12-2023, 15:18           
Azərbaycan mafiyası ilə bağlı YENİ QƏRAR
Sankt-Peterburqda “Azərbaycan mafiyası”nın 15 üzvünün həbs müddəti uzadılıb.

Lent.az Rusiya mediasına isitnadla bildirir ki, bu barədə şəhərin Oktyabrski rayon məhkəməsi qərar verib.

Məhkəmə iclası bağlı qapılar arxasında keçirilib. 15 gənc məsuliyyətə cəlb olunub, onların arasında Azərbaycan və Tacikistan vətəndaşları da var.

Qeyd edək ki, “Azərbaycan mafiyası” bu ilin oktyabrında Sankt-Peterburqda baş verən bir sıra hadisələrdən sonra diqqət çəkib. Gənclər adətən slavyan görünüşlü insanları döyərək, baş verənləri kameraya çəkiblər. Bundan sonra onların sosial şəbəkələrdə videolar yayılıb. Videodakı gənclər özlərini “Azərbaycan mafiyası” adlandırıblar.

Ümumilikdə iş üzrə ondan çox adam saxlanılıb. Bundan başqa, əvvəllər Azərbaycana gedən təşkilat rəhbəri Rusiyaya ekstradisiya edilib. RF İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin vəziyyətlə maraqlanıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.