“Hizbullah” İsrailə raket yağdırdı

27-03-2024, 08:21           
“Hizbullah” İsrailə raket yağdırdı
İsrail hərbçiləri Livandan yəhudi dövlətinin şimal rayonları istiqamətində 50-yə yaxın mərmi atıldığını qeydə alıblar.

Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, bir neçə raket İsrailin hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub, qalan mərmilər isə yaşayış olmayan ərazilərə düşüb.

Ordunun məlumatına görə, bir müddət əvvəl İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları Livan ərazisinin dərinliklərində “Hizbullah” təşkilatının bir neçə hədəfinə hücum ediblər.

Bundan əlavə, son saatlarda İsrail qırıcıları Hanin bölgəsində “Hizbullah”ın silah anbarına və Livanın cənubundakı Beyt Hanun bölgəsindəki hərbi kompleksə hücum ediblər.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru