Tanınmış iş adamının faciəli şəkildə ölən oğlu məhkəməyə verildi - DETALLAR

27-03-2024, 16:50           
Tanınmış iş adamının faciəli şəkildə ölən oğlu məhkəməyə verildi - DETALLAR
Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi vəfat etmiş şəxs barəsində məhkəmədə iddia qaldırıb.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, İdarə Şükürov Rəmzi Əvəz oğlu barəsində Bakı Kommersiya Məhkəməsinə ərizə ilə müraciət edib.

İşin mahiyyəti isə vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat) ilə bağlıdır.

Məhkəmə işi hakim Zaur Pirverdiyevin icraatına verilib. İş üzrə aprelin 4-də saat 16.00 üçün məhkəmə baxış iclası təyin edilib.

Qeyd edək ki, barəsində məhkəmədə iddia qaldırılan mərhum Rəmzi Şükürov iş adamı Əvəz Şükürovun oğludur. O, bu ayın əvvəlində sirkə içərək intihar edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru