Moskvada azərbaycanlı “qanuni oğru” qandallandı
27-09-2016, 16:06
“Zabava” və “Vova Puxloqo” ləqəbli “qanuni oğru”ların “xaş atası” sentyabrın 26-da Moskvada saxlanılıb. 32 yaşlı azərbaycanlı Taleh Qəribxan oğlu Dağlıyev kriminal aləmdə “Tolik Noqinski” kimi tanınır.
Onun Moskvadakı “Naş dvor” (“Bizim həyət”) restoranında ələ keçdiyi bildirilir.
“Qanuni oğru”nun saxlanılması zamanı qeyri-adi heç nə baş verməyib, onun üstünə baxış zamanı narkotik aşkarlanıb ki, bu da müvafiq maddə ilə cinayət işi açılmasına səbəb olub.
“Tolik Noqinski” Maştağa qəsəbəsində doğulub. Onun “oğru” stajı iki il olub – “tacı” “Vlad Şarap” və mərhum “Maks Pioner”dən alıb. Onların hər üçünün “xaç atası” “Blondin”, “Zabava”, “Jora Taşkentski”, “Vova Puxlıy”, “Tsirkaç”, “Quli” və başqaları sayılır.
“Qanuni oğru” 2015-ci ildə qanunsuz silah saxladığına görə tutulub və 1 il şərti azadlıqdan məhrum olunub.
“Tolik Noqinski” bu ilin iyul ayında Kiyevdə Ukrayna Milli Polisinin əməliyyatçıları tərəfindən saxlanılıb. Ukrayna Dövlət Miqrasiya xidmətinin qərarı ilə 2019-cu ilədək bu ölkəyə gəlməsi qadağan edilib. (Modern.az)