"Capital Investment Managment LTD" şirkətinin Azərbaycandakı filialı ləğv olunduğunu elan edib. Bu barədə "Report"a Vergilər Nazirliyindən bildirilib. Məlumata görə, kreditorlar 2 ay ərzində tələblərini Bakı şəhəri, İzmir küçəsi, 8 ünvanına - Hyatt Beynəlxalq Mərkəzi, Hyatt Tower 2-yə bildirə bilərlər.