Elnur Aslanov Rabitə Nazirliyindən çıxarılıb

18-11-2016, 17:50           
Elnur Aslanov Rabitə Nazirliyindən çıxarılıb
Rabitə və Yüksək Texnologiyalar Nazirliyində kadr dəyişikliyi aparılıb. Modern.az saytının əldə etdiyi məlumata görə, Elnur Aslanov nazirliyin Elektron İdarəçiliyin İnkişafı şöbəsinin müdiri vəzifəsindən çıxarılıb.

Nazirliyin mətbuat xidməti də Modern.az-ın sorğusuna verdiyi cavabda məlumatı təsdiqləyib. Bildirilib ki, Elnur Aslanovun özü işdən çıxmaq haqqında ərizə yazıb və o, həmin ərizə əsasında vəzifədən azad edilib.

O da qeyd edilib ki, Elnur Aslanov hətta beynəlxal şirkətlərdən birinə işə gedib.

Qeyd edək ki, Elnur Aslanov bundan əvvəl (2007-2014-cü illərdə) Prezident Administrasiyası Siyasi təhlil və İnformasiya Təminatı şöbəsinin müdiri vəzifəsində çalışıb.

Onun adı Türkiyədə terrorçu elan edilmiş “Hizmət” hərəkatının rəhbəri Fətullah Gülənə yaxın adamlar sırasında hallandırılandan sonra Prezidentinin Administrasiyasındakı vəzifəsindən uzaqlaşdırılmışdı.
Bir müddət əvvəl isə media onun “fətullahçılar”ın (FETÖ) lideri Fətullah Gülənə yazdığı məktubu üzə çıxararaq yaymışdı.

E.Aslanov Milli Məclisin keçmiş deputatı Rəbiyyət Aslanovanın oğludur.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.