Azərbaycana 600 milyon dollar kredit ayrılır

19-11-2016, 00:43           

Asiya İnfrastruktur İnvestisiya Bankının (AIIB) Direktorlar Şurası 2017-ci ilin mart ayında Transanadolu boru kəməri layihəsinə 600 milyon dollar məbləğində kredit ayırmağı planlaşdırır. Bu barədə bankdakı mənbə məlumat verib.

Bankdan verilən məlumata görə, bu kredit resursları “Cənub qaz dəhlizi” QSC-yə ayrılacaq.
Qeyd edək ki, TANAP-ın cari dəyəri 9,3 milyard dollardır. TANAP Azərbaycanın “Şahdəniz” yatağından qazın Gürcüstan-Türkiyə sərhədindən Türkiyənin qərb sərhədinədək nəqlini nəzərdə tutur (Trend).












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru