Bazarlar boşaldı, məhsullar anbarlara yığıldı, dərman belə tapılmır - Dolların bahalaşmasına hazırlıq

19-11-2016, 22:02           
Bazarlar boşaldı, məhsullar anbarlara yığıldı, dərman belə tapılmır - Dolların bahalaşmasına hazırlıq
Dolların məzənnəsindəki artım işbazlara fürsət verib. İdxal məhsullarını anbara yığan işbazlar bunları dekabrda daha yüksək qiymətə satmağı planlaşdırır.

Cebhe.info xəbər verir ki, qlobal fazada yüksəlişə keçən dolların Türkiyədə də rekord həddə çatması yeni il əvvəli daha çox qazanmaq istəyən dəllalları hərəkətə keçirib.

Məhsulları mövsümün əvvəllərində ucuz qiymətə alan “iş adamları” yeni ilə qədər bazarlara mal vermiyəcəklər. Türkiyə mətbuatının xəbərinə görə, yeni ildə məhsullar 10-30 faiz arası bahalaşacaq.

Dollar ani olaraq bahalaşıb və bununla da rəflərdəki bütün mallar anbarlara yığılıb. Ölkəyə idxal olunan heç bir malı açıq satışda tapmaq mümkün deyil. Komputer, telefon aksesuarları da artıq rəflərdən yığışdırılıb və anbarda saxlanılır.

Avronun 3.60 türk lirəsinə bərabər olması dərman bazarına da ciddi təsir etdi. Belə ki, artıq bir çox dərmanlar apteklərdən yığışdırılıb. Anbarlarda saxlanılan dərmanlar isə yeni ildə bazara çıxacaq. Aptek sahibləri isə müflis olmamaq üçün bu addımı atdıqlarını deyirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru