14 yaşlı xərçəng qızdan hər kəsi duyğulandıran hərəkət - Ölməmək üçün özünü dondurtdu/VİDEO
20-11-2016, 01:25
Dünən London məhkəməsi hər kəsi duyğulandıran bir işin materiallarını təqdim edib.
BakiPost.az xəbər verir ki, bu ilin payızında 14 yaşlı ölümcül xəstəliyə mübtəla olan bir qız uşağı, donmuş vəziyyətdə qaldığı on illər ərzində elmin onun xəstəliyinə əlac tapa bilməsi ümidi ilə hakimə məktub ünvanlayaraq özünün dondurulmasına icazə istəyib.
Əslində kriokonservasiya prosesində elə bir çətinlik yoxdur. Son onilliklərdə bahalı olmasına və xüsusi zəmanət tələb edilməsinə baxmayaraq ondan yüzlərlə insan istifadə edib. Amma bu işdə özünəməxsusluq var. Qız həyatının son aylarında xərçəng xəstəsi olan atası ilə də münasibətlərinin ikinci mərhələsi uğrunda mübarizə aparırdı.
Məhkəmə sənədlərində JS futuristik adından istifadə edən qız, 2015-ci ilin avqust ayından xərçəngin ən nadir növünə mübtəla olduğunu öyrənib. Bir il sonra ona deyiblər ki, xəstəliyi artıq terminal mərhələyə keçib və şiş hüceyrələrinə təsir göstərə bilən bütün metodlar tükənib. 14 yaşlı JS həyatının son aylarını onlayn xəstəliyi ilə maraqlanıb və öləndən sonra bədəninin kriokonservasiya edilməsinin imkanları barədə məlumat əldə edib. Nəticədə o belə bir vəsiyyətnamə yazmaq qərarına gəlib.
Vəsiyyətnamədən:"Mən torpaq altında qalmaq istəmirəm. Mən yaşamaq istəyirəm, həm də çox yaşamaq istəyirəm və düşünürəm ki, gələcək insanlar xərçəngin müalicəsini tapacaqlar və onda məni oyadacaqlar. Mən istəyirəm ki, mənim belə bir şansım olsun. Bu mənim arzumdur".
London Ali məhkəməsi dağılan ailələrdə uşağın kimdə qalması məsələsini tez həll etməkdə çox səriştəlidir. Amma ölən övladın cəsədinin kimə mənsub olunması barədə indiyə qədər heç bir valideyn ittiham edilməyib. Qızın anasından 2008-ci ildən nigahdan ayrılmış və məhkəmənin indiki hökmünə qədər ayrıldıqları vaxtdan qızını görməyən atası formal da olsa dondurulmaya icazə verməsi barədə izahat veməli idi. Amma o özü də şişlə mübarizə aparırdı və mənasızlığına inandığı bir işə mənasız pul xərcləməyin əleyhinə idi.
Ölüm ayağında olan qız atasını məhkəməyə verir. Qızı xəstəxanada ziyarət edən hakim onun ölümünə üç həftə qalmış qərar çıxarır: qızın bədənini dondurmaq olar və onun anası yeganə varisi kimi tanınır.
17 oktyabrda qız ölür və xərçəng xəstəliyinə əlac tapılandan sonra 2216-cı ildə oyanacağına tam əminliklə gözlərini yumur.
London xəstəxanasında qız həyatla vidalaşan kimi onun dondurulmasına hazırlıq başlayır: hüceyrələri susuzlaşdırılır və bioloji aktiv maye ilə birlikdə tibbi antifriz onun bədəninə yeridilir. Sonra bədən 70 dərəcəyə qədər soyudulur, 40 kiloqram quru buzla örtülür və qablaşdırılaraq dünyada mövcud olan cəmi üç kriokonservasiya klinikalarından birinə-Miçiqana göndərilir.
Məlumat üçün bildirək ki, belə klinikalardan biri Rusiyada Moskva ətrafında, üçüncüsu isə Arizonadadır.
1970-ci ildə başlayaraq cəmi 200 nəfərin və yüzlərlə ev heyvanının bədəni dondurulub. amma JS ilk uşaqdır ki, dondurulur. Elmə yalnız dondurulmanın texnologiyası məlumdur. Amma indiyə qədər dondurulmuş insanlardan kiməsə donunun açıldıqdan sonra dirilməsi hələki, müyəssər olmayıb.