“Azfen”də kütləvi ixtisarlar

22-11-2016, 01:20           
“Azfen”də kütləvi ixtisarlar
“Azfen” şirkətinin Sanqaçal terminalının “Şahdəniz-2” qaz layihəsində işləyənlər kütləvi şəkildə ixtisara salınır. Redaksiyamıza daxil olan məlumatda bildirilir ki, ümumilikdə 7000 işçisi olan şirkətin bugünə qədər təxminən 2500 işçisi ixtisara düşüb. Verilən məlumata görə 4000-dən artıq işçinin ixtisara düşəcəyi gözlənilir. Məlumatda o da bildirilir ki, ixtisara düşənlərə heç bir təzminat verilmir, süründürməçilik hökm sürür.
Redaksiyamıza məlumat göndərən şəxs bildirdi ki, ixtisara düşənlərə baş ofisə müraciət etmələri məsləhət görülür, baş ofisə üz tutanları isə içəri buraxmırlar.
Mövzunu diqqətdə saxlayacağıq.azadliq.info












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru