Mərkəzi Bankın notları satılmadı

23-11-2016, 20:19           
Mərkəzi Bankın notları satılmadı
Noyabrın 23-də Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 75 milyon manatlıq notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib. Fins.az-ın məlumatına görə, bir notun nominal dəyəri – 100 manat, tədavül müddəti – 28 gündür.

Hərrac zamanı notların alınması üçün cəmi 1 investor tərəfindən sifariş verilib. Sifarişlərin nominal üzrə ümumi məbləği 5,058,300.00 AZN təşkil edib. Sifariş 98.8472 AZN (14.9946%) qiymətində təqdim edilib.

Notların rəqabətli sifarişlər üzrə kəsmə qiyməti – 98.8472 AZN (14.9946%), orta ölçülmüş qiyməti – 98.8472 AZN (14.9946%), səviyyəsində Mərkəzi Bank tərəfindən müəyyən edilib.


Bağlanılmış əqdlər üzrə hesablaşmalar 23.11.2016 (t+0) tarixində həyata keçirilib. Notların nominal üzrə reallaşdırılmış həcmi 5,058,300.00 manat məbləğində müəyyən edilib.

Notların ödəmə tarixi 21.12.2016-cı ildir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru