Eldar Mahmudov ondan ifadə almaq istəyən müstəntiqə qəzəbləndi:“Sən kimsən ki, məni istintaqa çağırırsan?”

24-11-2016, 12:06           
Eldar Mahmudov ondan ifadə almaq istəyən müstəntiqə qəzəbləndi:“Sən kimsən ki, məni istintaqa çağırırsan?”
Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov istintaqa ifadə verməkdən imtina edib.

Bu barədə gununsesi.info məlumat yayıb. Sayta bu barədə informasiya verən etibarlı mənbənin sözlərinə görə, bir neçə gün əvvəl sabiq nazir onu ifadə üçün istintaqa dəvət edən müstəntiqə qəzəblənib.

Məlumatda qeyd olunur ki, Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsinin müstəntiqi (həmin müstəntiqin kimliyi redaksiyaya bəlli olsa da bir sıra səbəblərdən açıqlamayıb.) bir neçə gün əvvəl Eldar Mahmudova telefon açaraq, onu istintaqa dəvət edib. Müstəntiqin bu çağrışını sərt təpkiylə qarşılayan “Qanqster nazir” onu ağır ifadələrlə təhqir edib. “Sən kimsən ki, məni istintaqa çağırırsan? Sənin rəhbərin bunu edə bilməz” deyən Mahmudov telefonun dəstəyini asıb.

Məlumatda o da bildirir ki, Eldar Mahmudovun bu davranışı ilə bağlı Baş Prokurorluğun rəhbərliyi Prezident Administrasiyasını məlumatlandırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru