Polis vətəndaşa"Sənin qanını içərəm, itil burdan" dedi... - FOTO - VİDEO

13-12-2016, 00:10           

Bakıda yol polisi ilə vətəndaşlar arasında mübahisə yaranıb.
teref.az-nun Publika.az-a istinadən məlumatına görə, bununla bağlı videonu sosial şəbəkələrdə Rizvan Nuriyev adlı istifadəçi paylaşıb.
Videodan da göründüyü kimi, 99 YP 463 dövlət nömrə nişanlı patrul avtomaşınında xidmət aparan yol polisi əməkdaşı vətəndaşlarla mübahisə edir, onlara qarşı nalayiq ifadələr işlədir. Hətta, vətəndaşlardan birinə “sənin qanını içərəm, itil burdan” deyərək onu itələyir.
Yaşlı qadınlar onları sakitləşdirməyə çalışsa da, polis əməkdaşı onların da yanında küçə söyüşləri söyür. Mübahisənin nədən baş verdiyi barədə məlumat verilmir.
Həmin görüntüləri Meydan TV-yə istinadən təqdim edirik:













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.