Oteldə başqa kişi ilə görüşən arvadını öldürdü - VİDEO

14-12-2016, 00:16           

Ötən gecə Masallı rayonunda törədilmiş qətlin təfərrüatı məlum olub. 41 yaşlı Muradov İbrahim Paşa oğlunun keçmiş həyat yoldaşı Hüseynova Röya Novruz qızını qısqanclıq zəminində öldürməsi dəqiqləşib.

Məlum olub ki, R.Hüseynova Masallıdakı mebel mağazalarından birində satıcı işləyirmiş. O, İ.Muradovdan ayrılandan sonra başqa şəxslə görüşməyə başlayıb. Dünən isə qadın tanışı ilə birgə Masallıdakı otellərdən birinə gedib. Xeyli vaxt ərzində keçmiş həyat yoldaşını izləyən 41 yaşlı İbrahim də həmin vaxt otelə basqın edib və məlum cinayəti törədib.

İ.Muradov keçmiş xanımına bir bıçaq zərbəsi endirib.

Bildirilir ki, qadının yanında olan şəxs də mebel işi ilə məşğul olur.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. report.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru