Stadion ərazisindəki tikilidə yaşayan qadın öldürüldü - Xaçmazda

14-12-2016, 09:40           

Xaçmazda qətl hadisəsi törədilib.

teref.az ARB TV-yə istinadən xəbər verir ki, 2 ilə yaxındır tüfeyli həyat tərzi sürən 49 yaşlı Quçiyeva Ruzarya Georgiyevna yaşadığı yerdə bıçaqlanıb.

Hadisə gecə saatlarında Xaçmaz şəhəri Heydər Əliyev prospektində yerləşən mərkəzi stadionun yaxınlığında baş verib.

Xaçmaz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən qadının həyatını xilas etmək mümkün olmayıb. Qonşuların bildirdiyinə görə qətlə yetirilən şəxs stadionun ərazisində olan tikilidə tək yaşayıb.

Xaçmaz rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə təqsirli bilinən Xaçmaz şəhər sakini, 31 yaşlı Nəsirov Turxan Akif oğlu saxlanılıb. Hadisənin baş vermə səbəbləri hələ ki, məlum deyil.

Faktla bağlı Xaçmaz rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
[media=https://www.youtube.com/watch?v=LSucYvddqZk]












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.