Onkoloji xəstələrin sayı artdı, xəstələr iynəsiz qaldı: - “Neyləyək yoxdur da, özümüzə vurmuruq ki?”

14-12-2016, 12:20           
Onkoloji xəstələrin sayı artdı, xəstələr iynəsiz qaldı: - “Neyləyək yoxdur da, özümüzə vurmuruq ki?”
Onkoloji xəstələr Respublika Milli Onkologiya Mərkəzində Zalateks iynəsinin olmamasından şikayətlənib. Xəstələrin sözlərinə görə artıq bir aya yaxındır ki, onlara Zalateks iynəsi vurulmur. Adı çəkilən iynənin apteklərdən tapılması da mümkünsüz olub.

Baş onkoloq Azad Kərimli də Cebhe.info-ya açıqlamasında məlumatı təsdiqləyib: “Zalateks iynəsi yoxdur. Neyləyək, özümüzə vurmuruq ki? Bu vaxtadək xəstələrə həmin iynə vurulub. İndi ilin axırıdır, iynə yoxdur, təzəlikcə qurtarıb”.

A.Kərimlinin sözlərinə görə, Zalateks iynəsinin olmamasına səbəb öncədən xəstələrin onların hesablaması ilə müqayisədə çox olmasıdır: “Məsələn, biz aldığımız iynəni 20 nəfərə hesablamışdıq, 80 nəfər olub. Bu səbəbdən iynə çatışmazlığı olub. Satışdan tapmaq olar”.

A.Kərimli xəstələrin bu iynəyə möhtac olmadığını deyib: “Xəstələr bu iynəyə möhtac deyil. Gəlsinlər, əvəzləyicisini verək. Zalateks yox idi, müalicə nəylə gedirdi?”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru