Bacısı Ənvər Seyidovun durumundan danışdı

14-12-2016, 12:24           
Bacısı Ənvər Seyidovun durumundan danışdı
"Ənvər Seyidovun vəziyyəti stabildir, həftə sonu evə buraxılacaq". Bu barədə Lent.az-a dünən Mərkəzi Neftçilər Xəstəxanasının reanimasiyasına yerləşdirilən Ağır Cinayətlər Məhkəməsinin hakimi Ənvər Seyidovun bacısı, Mərkəzi Neftçilər Xəstəxananın baş direktoru Leyla Seyidbəyova bildirib.

Onun sözlərinə görə, Ə. Seyidovun şəkəri yüksəlmişdi: "İnternetde onun insult keçirməsi, beyninə qan qaz sızması ilə bağlı məlumatlar verilib. Belə məlumatlar onda əsəbilik yaradır. Onun yalnız şəkəri yüksəlmişdi. Hazırda qaydasına düşüb".
Advertising 9

L. Seyidbəyova Ə. Seyidovun hazırda palatada olduğunu qeyd edib: "Biz özümüz onu reanimasiyaya yerləşdirmişdik. Çünki onun səhhəti ilə əlaqədar maraqlananlar, yanına gəlmək istəyənlər çox idi. Sakitlik olması üçün reanimasiyaya yerləşdirdik".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru