Maşın üçün quldurluq edən əmioğlanları: - “Göyərti ilə 1 litr yarım araq içib...”

14-12-2016, 12:27           
Maşın üçün quldurluq edən əmioğlanları: - “Göyərti ilə 1 litr yarım araq içib...”
Maşın sevdası şəmkirli əmioğlanlarını cinayətkar edib.

ARB TV xəbər verir ki, dekabr ayının 12-də gecə saat 2 radələrində Şəmkir rayonunun Qaracəmirli kəndində quldurluq hadisəsi baş verib. Kənd sakini 30 yaşlı Günel Yusifova övladları ilə birlikdə tək yaşadığı fərdi yaşayış evində iki nəfər naməlum şəxsin hucumuna məruz qalıb. Zərərçəkənin sözlərinə görə, həmin şəxslər üzlərini görünməz hala salaraq soyuq silahla evə hucum çəkib. Əvvəlcə evin bir otağında axtarış aparan oğrular istədikləri qəniməti əldə edə bilmədikdə yataq otağına daxil olublar. Orada qadına bıçaqla hədə qorxu gələrək qızıl zinət əşayları tələb olunub. Qadının həmin şəxslərdən birini tanıması quldurların istəyini ürəyində qoyub.

Günel Yusifova zərərçəkən şəxs: Tappıldıya tez ayıldım. Gördüm ki hər yer qaranlıqdır. Telefonu yandıran kimi yatdığım otağa girdilər. Başımın üstündə dayanıb dedi qızıl ver pul ver. Dedim pulum qızılım yoxdur. Kimsənsə çıx get. Dedi sənə deyirəm pul qızıl ver. Dedim yoxdur. Başımın üstündə bıçaq əlində duranı tanıdım. Tanıdım ki tutulan adamdır.

Hadisədən bri qədər sonra zərərçəkənin yaxınları Şəmkir rayon polis şöbəsinin Kür bölməsinə məlumat verib.

Əməliyyatçıların ilkin araşdırmasında sonra quldurluq edən şəxslərdən birinin qonşuluqda yaşayan 33 yaşlı Xəyal Həsənov olduğu müəyyən edilib. İsti izlərlə keçirilən əməliyyat axtarış tədbiləri nəticəsində o saxlanılıb. Dindirilmə zamanı isə hadisəni əmisi oğlu 27 yaşlı Rəşad Quliyevlə birgə törətdiyini etiraf edib. Məlum olub ki, əmi oğlanlarının niyyətləri quldurluq yolu ilə əldə etdikləri pulla Xəyal Həsənova avtomobil almaq imiş.

Xəyal Həsənov saxlanılan şəxs: Göyərti ilə 1 litr yarım araq içdik. Piyan havasına bu hadisəni törətdik. İçəri girib pul tələb etdim. Dedi heç nə yoxdur.

Rəşad Quliyev saxlanılan şəxs: Xəyal dedi ki ev var girə bilərikmi. maşın almaq istəyirəm. Dedim heçnə gedək deyirsən gedək. Xəyalla ayağı ilə qapını açdı. İçəri girdi. Məndə paltarların cibini yoxladım.

Qonşuları düşmən edən qohumlar barəsində cinayət işi açılıb. Onların Qaracəmirli və ətraf kəndlərdə bu kimi əməllər törədib-törətmədiyi araşdırılır.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.