Siqaret niyə baha satılır? – Nazirlik reydə başlayır

14-12-2016, 17:31           
Siqaret niyə baha satılır? – Nazirlik reydə başlayır
Azərbaycanda bir sıra siqaretlərin qiymətində kəskin ucuzlaşma barədə məlumat vermişdik.

Axar.az xəbər verir ki, yeni qərara əsasən, qiyməti 2 manatdan baha olan bütün siqaretlər 50 qəpik ucuzlaşıb. Buna baxmayaraq, paytaxtın əksər supermarketlərində sözügedən siqaretlər əvvəlki qiymətə satılır.

Müxbirimizin araşdırması zaman məlum olub ki, əksər mağazalar bu qərara əməl etməməsinin səbəbi kimi siqaretləri “köhnə qiymətə” aldıqlarını, yeni partiyanın hələ gəlmədiyini göstərirlər.

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətindən Axar.az-a verilən açıqlamada faktla bağlı araşdırma aparılacağı bildirildi.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.