Naxçıvanda yumurta satışına limit qoyuldu [VİDEO]

14-12-2016, 20:33           

“Naxçıvanda yumurtanın pərakəndə satışına 10 günə yaxındır ki, limit tətbiq edilib”.

Bunu “Turan”ın bölgə müxbiri bildirib.

Onun sözlərinə görə, hər bir şəxsə yalnız 30 ədəd yumurta verilir. Yumurta satışına nəzarəti Naxçıvan İqtisadi İnkişaf Nazirliyinin əməkdşaları həyata keçirirlər. Nəzarət edilir ki, limitdən artıq yumurta alınmasın.

Mənbə deyir ki, Naxçıvan İqtisadi İnkişaf Nazirlyinin əməkdaşları limit tətbiq olunmasının səbəblərinə aydınlıq gətirmirlər: “Sual verəndə ki, Naxçıvanda broyler fabrikləri ola-ola niyə yumurtaya limit tətbiq edilir. Cavabları bu olur ki, “biz bilmərik”.
Mənbə bunu da bildirir ki, Naxçıvanda bir neçə broyler fabriki olsa da onların heç biri fəaliyyət göstərmir.

“AzPolitika.info” nəzərinizə çatdırır ki, hazırda Muxtar Respublikada ev yumurtasının bir ədədi, nə az, nə çox, düz 0.50 azn-ə satılır.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru