Almaniyada azərbaycanlı arvadını boğdu

15-12-2016, 21:39           

Almaniyanın Trir şəhərində 43 yaşlı azərbaycanlının məhkəməsi başa çatıb.

Milli.Az Volksfreund-a istinadən bildirir ki, soydaşımız 10 il müddətinə azadlıqdan məhrum olunub.

Məhkəmənin hökmündə bildirilir ki, hadisə bu ilin aprelin 1-də baş verib.

43 yaşlı azərbaycanlı evdəki dava zamanı arvadını boğaraq öldürüb. Hakim Peter Şmitin dediyinə görə, bu zaman zəruri özünümüdafiə olmayıb və qətl bilərəkdən, qəsdən törədilib. Soydaşımız polisdə ilkin ifadəsi alınanda da özünümüdafiə barədə heç nə deməmişdi. "Hadisədən bir gün əvvəl də müttəhimlə arvadı arasında dava düşmüşdü. O, arvadını boğmaq istəyib, lakin qadın özünü müdafiə edib. Ertəsi gün, aprelin 1-də müttəhim arvadını boğub.

O, əvvəlcə arvadını əlləri ilə boğub, sonra elektrik kabelini qadının boğazına dolayaraq sıxıb. Ona görə özünümüdafəiədən söhbət gedə bilməz", - Peter Şmit söyləyib. Müttəhimin dediyinə görə, onu arvadının xəyanəti çılğına döndərib: "Üstəlik, o, əşyalarını yığıb evdən getmək istəyirdi. Arvadımı boğandan sonra evdə onun məşuqunu gözləmək qərarına gəldim. Amma o adam gəlmədi və mən də evi tərk etdim". Şəhəri tərk edən soydaşımızı Lüksemburqda polis yaxalayıb.

Müttəhimin vəkili "hadisə anında o, affekt vəziyyətində olub, əvvəllər məruz qaldığı psixoloji travmaların fəsadları özünü göstərib" desə də, Maynts Universtitetinin nəzdindəki Məhkəmə Psixiatriyası Mərkəzinin direktoru, professor Volqfqanq Rets bu iddianı rədd edib. V.Retsin dediyinə görə, müttəhimin Dağlıq Qarabağ savaşında iştirakı, habelə Azərbaycanda onun ilk nikahının boşanma ilə başa çatması ağır psixoloji sarsıntılara səbəb olmayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.