ARİF MƏMMƏDOV VƏZİFƏSİNDƏN AZAD EDİLDİ

15-06-2015, 18:20           
ARİF MƏMMƏDOV VƏZİFƏSİNDƏN AZAD EDİLDİ
O, təşkilatın diplomatı statusundan məhrum edilib

İslam Əməkdaşlıq Təşkilatının Avropa İttifaqı yanındakı səfiri Arif Məmmədov vəzifəsindən geri çağırılıb.

teref.az apa-ya istinadən xəbər verir ki, A. Məmmədov İƏT-in diplomatı statusundan məhrum edilib və təşkilat sıralarından qovulub.

Qeyd edək ki, A. Məmmədov 2013-cü ildə bu vəzifəyə təyin olunmuşdu. Daha əvvəl isə o, Azərbaycanın Brüsseldəki səfiri və Avropa İttifaqı yanında daimi nümayəndəliyinin rəhbəri vəzifələrində çalışıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru