Bağçada tərbiyəçi yatmayan uşağı belə boğdu (VİDEO)

16-06-2015, 20:53           
Bağçada tərbiyəçi yatmayan uşağı belə boğdu (VİDEO)
ində dəhşətli hadisə baş verib.

ANS PRESS-in məlumatına görə, Çinin Qansu əyalətinin Dunhuanq kəndindəki bir bağçada uşağı məcbur yatırtmaq istəyən tərbiyəçi onun başını ayağının altına basaraq istəyinə nail olmağa çalışıb. Bir müddət bu vəziyyətdə qalan uşaq boğulub və dünyasını dəyişib.

Uşaq həyatda qalmağa çalışdığı halda, tərbiyəçi heç bir şey olmamış kimi onu boğaraq yatırtmağa cəhd edib. Digər tərbiyəçi isə arxasında baş verən dəhşətli olaydan xəbərsiz digər uşağı yatızdırmağa çalışıb.

Baş verən hadisələr anbaan müşahidə kameraları vasitəsilə görüntüyə alınıb.

Hadisə Çində böyük əks-səda doğurub. Polis qadını həbs edib və cinayət işi açıb.
[media=https://www.youtube.com/watch?v=0gWTgV_IbWQ]












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru