Dayısının evini yaran qız DANIŞDI - VİDEO

27-04-2017, 23:10           
Dayısının evini yaran qız DANIŞDI - VİDEO
Paytaxtda daha bir oğurluq faktının üstü açılıb.

APA TV-nin xəbərinə görə, Nərimanov Rayon Polis İdarəsi (RPİ) və 18-ci Polis Bölməsi (PB) əməkdaşlarının birgə həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində vətəndaş Lalə İspəndiyarovanın yaşadığı mənzildən 12500 manat dəyərində qızıl-zinət əşyalarını oğurlamaqda şübhəli bilinən Nərmin Mustafayeva və Əli Nəbiyev saxlanılıblar.

Evdə qızılın olduğunu Əliyə Nərmin deyib. Dayısının həyat yoldaşının Sabirabada gedəcəyi xəbərini də sevgilisinə Nərmin çatdırıb.

Zərərçəkən Lalə İspəndiyarova evindən nələrin oğurlandığını açıqlayıb: "Gündəlik istifadə etdiyim qızıllar qalmışdı yerində. Pula dəyməmişdilər, ancaq gizlətdiyim bahalı qızıllar oğurlamışdılar".

Zərərçəkən şəxs oğurluq hadisəsi barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə məlumat verəndən sonra ərazi üzrə Nərimanov RPİ və 18-ci PB əməkdaşlarından ibarət əməliyyat-istintaq qrupu hadisə yerinə baxış keçirib. Ev sahiblərinin izahatı alınıb, əl-barmaq izləri götürülüb. Hadisə yerinə baxış zamanı məlum olub ki, oğurluq edən şəxslər mənzilə dəhlizdəki pəncərənin şüşəsini qıraraq daxil ola biliblər: "Cənab nazirin qəbuluna yazıldım. Təşəkkür edirəm, qəbul etdi məni, dinlədi və vəziyyətimlə maraqlandı. İşi nəzarətə götürdülər. Yüksək səviyyədə həll olundu".

Qeyd edək ki, hadisənin baş verdiyi mənzil cinayəti törətməkdə şübhəli bilən Nərmin Mustafayevanın dünyasını dəyişən dayısına məxsus olub. O, ifadəsi zamanı qohumlarının evdə olmamasından istifadə edərək, planlaşdırdığı oğurluq hadisəsini tanışı Əli Nəbiyevlə birlikdə həyata keçirdiklərini etiraf edib: "Şüşəni Əli qırdı, girdik içəri. 3000 manata yaxın pul əldə etdik. Özümüzə pal-paltar, telefonlar aldıq".

Əli Nəbiyev də Nərmin Mustafayevanın dediklərini təsdiqləyib: "Nərminlə bir ilə yaxındır görüşürük. Dedi dayımgildə qızıl var. Qızılları "Laçın"da və digər lombardlarda satdıq, xərclədik".

Faktla bağlı cinayət işi başlanıb, zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.


15:16


Tanışı ilə birgə olub dayısının evini yaran gənc qızın görüntüsü yayıldı.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Nərimanov Rayon Polis İdarəsi (RPİ) və 18-ci Polis Bölməsi (PB) əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində vətəndaş Lalə İspəndiyarovanın yaşadığı mənzildən 12500 manat dəyərində qızıl-zinət əşyalarını oğurlamaqda şübhəli bilinən Nərmin Mustafayeva və Əli Nəbiyev saxlanılıblar. Mətbuat xidməti həmin gənclərin fotolarını da yayıb.

13:02

Qeyri-aşkar şəraitdə törədilmiş mülkiyyət əleyhinə olan cinayətlərin qarşısının alınması və açılması istiqamətində daxili işlər orqanları tərəfindən uğurlu əməliyyat-axtarış tədbirləri davam etdirilir. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Nərimanov Rayon Polis İdarəsi (RPİ) və 18-ci Polis Bölməsi (PB) əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində vətəndaş Lalə İspəndiyarovanın yaşadığı mənzildən 12500 manat dəyərində qızıl-zinət əşylarını oğurlamaqda şübhəli bilinən Nərmin Mustafayeva və Əli Nəbiyev saxlanılıblar. Oğurluq hadisəsi zərərçəkən şəxs ailə üzvləri ilə birgə Sabirabad rayonunda olan zaman baş verib.

Zərərçəkən şəxs oğurluq hadisəsi barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə məlumat verəndən sonra ərazi üzrə Nərimanov RPİ və 18-ci PB əməkdaşlarından ibarət əməliyyat-istintaq qrupu hadisə yerinə baxış keçirib. Ev sahiblərinin izahatı alınıb müvafiq olaraq əl-barmaq izləri götürülüb. Hadisə yerinə baxış zamanı məlum olub ki, oğurluq edən şəxslər mənzilə dəhlizdəki pəncərənin şüşəsini qıraraq daxil ola biliblər.

Qeyd edək ki, hadisənin baş verdiyi mənzil cinayəti törətməkdə şübhəli bilən Nərmin Mustafayevanın dünyasını dəyişən dayısına məxsus olub. O, ifadəsi zamanı qohumlarının evdə olmamasından istifadə edərək planlaşdırdığı oğurluq hadisəsini tanışı Əli Nəbiyevlə birlikdə həyata keçirdiklərini etiraf edib.

Faktlarla bağlı Nərimanov RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.
[media=https://www.youtube.com/watch?v=rgvOpCLHJVs]












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.