Model Günel Mirzəyevanın ölüm işini aparan müstəntiq bəlli oldu: Ceyhun Hümbətov

13-07-2017, 22:21           

Mətbuatdan bəllidir ki, Xəzərdə batan azərbaycanlı model Günel Mirzəyevanın ölümü ilə bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.


Bir müddət əvvəl məsələ ilə bağlı Sabunçu rayon prokuroru Ceyhun Şirinovla, onun müavini Nazim Xudiyevlə dəfələrlə əlaqə saxlamaq cəhdimiz alınmayıb. Böyük prokuror köməkçisi Əfsər Cəfərov NUH.az-ın müxbirinə bildirib ki, Günel Mirzəyevanın ölüm işi ilə bağlı hansı müstəntiqin məğşul olması barədə onda məlumat yoxdur. Böyük prokuror köməkçisi müxbirimizə bildirib ki, bu məsələ ilə bağlı dəftəxanaya müraciət edin. Təəssüf ki, dəftərxana müdirəsi də onda bu barədə məlumat olmadığını bildirib.

***

Bu gün 13 iyul 2017-ci il tarixdə, yəni hadisədən xeyli müddət keçəndən sonra yenidən Sabunçu rayon prokurorluğuna müraciət etdik. Böyük prokuror köməkçisi Əfsər Cəfərov yenə onda müstəntiqin kimliyi barədə məlumat olmağıdığı bildirərərk, dəftərxanaya müraciət etməyi məsləhət bilidi.
Dəftərxana müdirəsi Mehriban Vəliyeva müxbirimzlə xeyli söhbətdən sonra müstəntiqin Ceyhun Eldar oğlu Hümbətov ( tel 429-88-10 ) olduğunu bildirib.
NUH.az-ın müxbirininin "Qəza zamanı yaxtada Günel Mirzəyeva ilə birlikdə kimlər olub?" sualına böyük müstəntiq Ceyhun Hümbətov belə cavab verib: " Mətbuatın suallarına cavab vermək bizə qadağan olunub. Siz bu sualla Bakı şəhər prokurorluğunun mətbuat xidmətinə müraciət edin".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.