Qohumunu dəfələrlə zorladı, sonra da ŞANTAJ ETDİ - Prokurorluq həbs qərarı verdi

15-08-2017, 17:02           
Qohumunu dəfələrlə zorladı, sonra da ŞANTAJ ETDİ - Prokurorluq həbs qərarı verdi
Sumqayıt şəhər sakini, 1996-cı il təvəllüdlü Gülçin Məmmədlinin (ad, soyad şərtidir) köməksiz vəziyyətindən istifadə etməklə qohumu – Bakı şəhər sakini, 1980-ci il təvəllüdlü Məftun Bayramov tərəfindən 2015-ci ilin sentyabrından 2016-cı ilin noyabr ayınadək olan müddətdə mütəmadi olaraq Bakı və Sumqayıt şəhərlərində zorlanması və seksual xarakterli digər zorakılıq hərəkətlərinə məruz qalması faktına görə Bakı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 149.1 (zorlama) və 150.1-ci (seksual xarakterli zorakılıq hərəkətləri) maddələri ilə cinayət işi başlanmışdır. Bu barədə DİA.AZ-a daxil olan Bakı şəhər prokurorluğunun məlumatında deyilir.

İş üzrə məhkəmə-tibb ekspertizası təyin edilmiş, şahidlər dindirilmiş və digər zəruri istintaq hərəkətləri aparılmışdır.

İstintaqla həmçinin, M.Bayramovun çəkdiyi intim əlaqələrini əks etdirən video görüntü və foto şəkilləri sosial şəbəkələrdə yayacağı ilə hədələyərək G.Məmmədlidən 1890 manat dəyərində qızıl-zinyət əşyalarını almasında əsaslı şübhələr müəyyən edilmişdir.

M.Bayramov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin 149.2.5 (zorlama, təkrar törədildikdə), 150.2.5 (seksual xarakterli zorakılıq hərəkətləri etmə, təkrar törədildikdə) və 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə, təkrar törədildikdə) maddələrilə ittiham elan edilməklə məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.