"İrma" qasırğası nəticəsində ölənlərin sayı 25 nəfərə çatıb
11-09-2017, 00:48
Karib hövzəsi regionunda "İrma" qasırğası nəticəsində ölənlərin sayı 25 nəfərə çatıb.
"Report"un məlumatına görə, bu barədə "The New York Times" xəbər verib.
"Qasırğa nəticəsində Karib regionunda 25 nəfər həlak olub", - deyə xəbərdə bildirilir.
Beynəlxalq Qırmızı Xaç Komitəsinin məlumatına görə, təbii hadisədən 1,2 milyon insan zərər çəkib və bu, 26 milyon nəfərə çata bilər.
"İrma" qasırğası ilə əlaqədar ABŞ-ın üçüncü böyük elektroenergetika şirkəti olan "Florida Power & Light" iki atom elektrik stansiyasının bağlandığını bildirib. Həmçinin güclü tufanın yaxınlaşması ilə əlaqədar Cənubi Karolina və Corciya ştatlarında fövqəladə vəziyyət elan edilib.