ABŞ-da həbsdə olan azərbaycanlı iş adamı Rza Zərrab azad edilib.
Axar.az xəbər verir ki, bu barədə T24 saytı ABŞ Federal Həbsxana Bürosunun internet saytına istinadən məlumat yayıb.
Məlumata görə, Rza Zərrab 09135-104 qeydiyyat nömrəsi ilə dünən azad edilib.
***
“Deyli Sabah” qəzetinin Vaşinqton müxbiri Raqib Soylu isə verdiyi açıqlamasında R.Zərrabın vəkili ilə görüşdüyünü, vəkilin azad edilmə xəbərini yalanladığını bildirib və baş verənlərin texniki xəta olduğunu deyib.
***
Cümhuriyyət Xalq Partiyasının (CHP) ABŞ təmsilçisi Yurter Özcan da Rza Zərrabın azad olunması xəbərinin doğru olmadığını bildirib.
“Cənubi Nyu York Prokurorluğunun sözçüsündən aldığım məlumata görə, Zərrabın azad edilməsi xəbəri doğru deyil”, - Ozcan Tvitter səhifəsində yazıb.
O, Zərrabın bazar ertəsi Nyu Yorkda məhkəməsinin olduğunu da xatırladıb.