Nudist ailə 7 ölkəni geyimsiz gəzdi

5-10-2017, 09:04           
Nudist ailə 7 ölkəni geyimsiz gəzdi
Belçikadan olan nudist ailəsi öz həyat tərzini reklam etmək üçün dünya səyahətinə çıxıb. Bu barədə news.com.au saytı xəbər yayıb.

Lins və Nik artıq Avstriya, Braziliya, Horvatiya, İtaliya, Lüksemburq və Yunanıstanda olub. Onlar getdikləri hər ölkədə soyunmaq üçün yer axtarırıblar. Nudistlər öz səyahət macəraları barədə bloqda və sosial şəbəkədə danışırlar: “Bizim əsas məqsədimiz - təbiiliyi kölgədən çıxarmaq, cinsəlliyin cəmiyyətdə normal qəbul olmasını aşılamaqdır: Biz eyni zamanda insanlara göstərmək istəyirik ki, bu iş əslində çox əyləncəlidir və insan bədənində utanc verəcək heç nə yoxdur”.


Səyahət zamanı problem ancaq Albaniyada yarandı. Çünki bu ölkədə çılpaqlığa digər ölkələrlə müqayisədə daha mühafizəkar yanaşırlar. Bundan başqa, Yunanıstanda da yerli əhali ilə nudistlərin toqquşması baş verib. Lins və Nik iddia edirlər ki, onlar naturizmlə təsadüfən tanış olublar. 8 il bundan əvvəl onlara ictimai hamamı ziyarət etmək üçün kupon verilib. Onlar görüblər ki, ora insanları ancaq çılpaq şəkildə buraxırlar, amma bununla belə risk etməyə qərar veriblər. Sentyabr ayında isə xəbər yayılıb ki, belçikalı model Marisa Papen məbədlərdən birində çılpaq şəkillər çəkdirdiyi üçün Misirdə həbs edilib.


Musavat.com












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru