Lerikdə dağ uçdu - Rayona giriş bağlandı (FOTOLAR)

5-10-2017, 09:33           

Sürüşmə nəticəsində Lənkəran-Lerik yolu tamamilə bağlanıb.

teref.az apa-ya istinadən verdiyi məlumata görə, torpaq qatının tökülməsi yolun tamamilə bağlanmasına səbəb olub.

Hadisə Lənkəran-Lerik yolunun 27-ci kilometrliyində qeydə alınıb. Hazırda yolun 17 km-dən 52-ci kilometrinədək ciddi problem yaranıb. Yollar tamamilə bağlanıb.

Rayon Fövqəladə Hallar komissiyasının sədri Habil Məlikovun verdiyi məlumata görə, yolda nəqliyyatın hərəkətini təmin etmək məqsədi ilə Yol İstismar İdarəsinin ağır texnika və işçi heyəti cəlb edilib.

Hazırda yola dağılan iri ağaclar hissələrə bölünərək yığışdırılır, torpaq qatı təmizlənir.
















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru