Ukraynanın Xerson vilayətindəki Kaxovski su anbarı hövzəsində neft daşıyan özüyeriyən barja batıb. "Report" xəbər verir ki, bu barədə Su Bioehtiyatlarının Bərpası, İstifadəsi və Mühafizəsi və Region üzrə Balıqçılığın Tənzimlənməsi İdarəsi Xidməti məlumat yayıb. "Aleksandr Jitnik" gəmisinin batması nəticəsində su üzərində altı kilometr uzunluğunda və 100 metr enində neft ləkəsi əmələ gəlib.