Qadın rəis müavinini şantaj etdi - Həbs olundu

6-10-2017, 12:58           

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən Vəfa Dadaşovanın cinayət işi üzrə məhkəmə iclası başlayıb.
APA-nın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən hazırlıq iclasında anket məlumatları dəqiqləşdirilib.
Bildirilib ki, V. Dadaşova ibtidai sinfə qədər uşaqların hazırlığı ilə məşğul olduğunu deyib. İclasda çıxış edən zərərçəkmişlər bildiriblər ki, V. Dadaşova onları şantaj edib və barələrində internetdə məlumatlar yerləşdirib. Zərərçəkmiş şəxslər onun barəsində həbs qətimkan tədbirinin seçilməsini istəyiblər.
Dövlət ittihamçısı Fərid Nağıyev də məhkəmədən V. Dadaşova barəsində həbs qətimkan tədbirinin seçilməsini istəyib.
Müşavirədən sonra qərar elan edilib. Qərara görə, V. Dadaşova barəsində həbs qətimkan tədbiri seçilib. O, məhkəmə zalından həbs edilib.
Məhkəmənin baxış iclası oktyabrın 12-nə təyin edilib.
Qeyd edək ki, zərərçəkmiş şəxslərdən biri Pərviz İsmayılov İsmayıllı rayon Polis Şöbəsinin rəis müavinidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru