Azərbaycanda ata və oğulları 2 nəfəri öldürdü - Bir kənd şokda

6-10-2017, 13:00           

Gədəbəydə törədilmiş qətl hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.

İlkin araşdırma zamanı məlum olub ki, Arıxdam kənd sakini, 1988-ci il təvəllüdlü Fariz Muxtarov 2 il əvvəl boşandığı həyat yoldaşı, 1988-ci il təvəllüdlü Mətanət Muxtarovanı alimentə görə öldürüb. Bəlli olub ki, 2 körpə uşaq valideyni olan cütlük boşanandan bəri aralarında gərginlik olub. F.Muxtarovun alimenti vaxtında ödəməməsi səbəbindən keçmiş xanımı yenidən məhkəməyə üz tutub. Bu səbəbdən F.Muxtarov keçmiş qayınatasının evinə gəlib və özü ilə gətirdiyi bıçaqla Mətanətin boğazını kəsərək onu öldürüb.

O da məlum olub ki, Farizin atası Şamil Muxtarovla qardaşı Kamil Muxtarov bu ilin avqust ayında həbs edilib. Ata və oğlu kəndin yaxınlığında 47 yaşlı traktorçu Telman Qurbanovu döyərək öldürdüklərinə görə həbs edilib və hazırda istintaq altındadırlar.

Qeyd edək ki, atası ilə qardaşının adam öldürməsindən sonra keçmiş həyat yoldaşını öldürən 29 yaşlı Fariz Muxtarov qaçıb və onun tutulması istiqamətində əməliyyat tədbirləri həyata keçirir.

///lent.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.