Bu gün Tribuna İnformasiya Agentliyinin (Tia.az) 8 yaşı tamam olur. 2009-cu il oktyabırın 6-da Azərbaycan internet məkanına TİA.AZ saytı da qoşuldu. Həmin dövrdə xəbər portallarının sayı olduqca az idi. Bu həm də həmin dövrdə Azərbaycanda sosial şəbəkələrdən və internetdən istifadə edənlərin sayının az olması ilə bağlı idi. Lakin TİA.AZ xəbər portal olaraq, qısa zamanda oxucu diqqətini və rəğbətini qazana bildi. Və artıq 8 ildir ki, TİA.AZ-ın daimi oxucuları var. Ölkəmizdə və dünyada baş verən müxtəlif siyasi, iqtisadi xəbərlərlə TİA.AZ hər zaman dəqiqlik və operativlik nümayiş etdirdi. 8 il beləcə keçdi…