Xızıda ağır yol qəzası baş verib: ölənlər və yaralananlar var - YENİLƏNİB

7-10-2017, 07:31           
Xızıda ağır yol qəzası baş verib: ölənlər və yaralananlar var - YENİLƏNİB
Bakı-Quba şosesinin Xızı rayonundan keçən hissəsində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
"Report" xəbər verir ki, "Mercedes" markalı avtomobil yol kənarındakı maneələrə çırpılıb.
Hadisə nəticəsində 2 nəfər ölüb. Ölənlərin hər ikisi Rusiya vətəndaşıdır. Qəza zamanı ölənlərdən biri 1990-cı il təvəllüdlü Nağıyev Zəki Nağı oğlu, digəri isə 1971-ci il təvəllüdlü Nağıyeva Elnarə Zaman qızıdır.
Bundan əlavə, hadisə zamanı daha iki nəfər də ağır xəsarət alıb. Yaralılar M.Ә.Mirqasımov adına Respublika Klinik Xәstәxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
***00:48
Bakı-Quba şosesinin Xızı rayonundan keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report" xəbər verir ki, "Mercedes" markalı avtomobil yol kənarındakı maneələrə çırpılıb.
İlkin məlumata görə, hadisə nəticəsində 2 nəfər ölüb. Ölənlərdən biri 20-25 yaşlı Rusiya vətəndaşıdır.
Qəza yerinə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidməti cəlb edilib. Xidmətin əməkdaşları ölənlərdən birinin - sıxılmış vəziyyətdə qalmış sürücü, 1990-cı il təvəllüdlü Nağıyev Zəki Nağı oğlunun cəsədini deformasiyaya uğramış avtomobildən çıxarmağa çalışırlar.
Faktla bağlı araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru