Maskalı şəxslər evə basqın etdi

9-10-2017, 14:45           
Maskalı şəxslər evə basqın etdi
Zaqatalada evə basqın olub.

APA-nın məlumatına görə, hadisə rayonun Muxax kəndində qeydə alınıb.

Kənd sakini 69 yaşlı Səmayə Qasayevanın yaşadığı evə daxil olan üç maskalı şəxs ona və nəvəsi 14 yaşlı Nizami Qasımova zor tətbiq edərək oradan zinət əşyaları aparıblar.

Həyata keçirilən tədbirlər nəticəsində hadisəni törədən Vasif Məmmədvəliyev, Elməddin Abbasov və Etimad Xankişiyev tutulublar.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.