47 yaşlı kişi marketdən 2 kq yağ oğurladı

9-10-2017, 23:47           

Bakıda məşhur marketdən yağ oğurlanıb.
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə Səbail rayonu, Salyan şossesində yerləşən "Favorit" marketdə baş verib.
Marketin rəhbəri Eşqin Əsədzadə polis orqanına müraciət edərək bildirib ki, oktyabrın 8-də saat 08:30 radələrində Bakı şəhər sakini, 1970-ci il təvəllüdlü Ş.A marketdən 2 kiloqram yağ oğurlayarkən saxlanılıb. E.Əsədzadə qeyd edib ki, yağın qiyməti 34 manat olub.
Ş.A marketdən çıxarkən mühafizəçilər tərəfindən saxlanılaraq polis əməkdaşlarına təhvil verilib.
Araşdırma aparılır.
Qeyd edək ki, son günlər yağın qiymətinin süni bahalaşması mediada gündəmə gəlib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru