Azərbaycanlı modelin ölümü ilə bağlı başlanan cinayət işində gözlənilməz qərar

10-10-2017, 09:22           

Model Leyla Oruclunun ölümü ilə bağlı başlanılan cinayət işinə xitam verilib.

teref.az Apa-ya istinadən məlumatına görə, vəkil İradə Cavadova bildirib ki, bir müddət əvvəl cinayət işinə xitam verilsə də, onlara bu barədə məlumat verilməyib.

İradə Cavadova bununla bağlı şikayət verəcəklərini deyib.

Vəkil bildirib ki, L.Oruclunun ölümü ilə bağlı klinikadan bəzi sənədləri tələb edib. Lakin klinika həmin sənədləri ona təqdim etməkdən imtina edib.

Qeyd edək ki, model Leyla Oruclu 21 iyunda "Zəfəran” klinikasında iranlı həkim Sirus Qoçxani tərəfindən əməliyyat edilib. Əməliyyatdan sonra L.Oruclu ölüb.

Faktla bağlı Nərimanov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan ölümə səbəb olma) maddəsi ilə cinayət işi başlamışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru