Şəmkirdə atası tərəfindən baltalanan qızın olay təfərrüatları: - “Ərindən boşandıqdan sonra...”

10-10-2017, 12:42           
Şəmkirdə atası tərəfindən baltalanan qızın olay təfərrüatları: - “Ərindən boşandıqdan sonra...”
Şəmkirdə atası tərəfindən baltalanan qızın olayı ilə bağlı bəzi təfərrüatlar məlum olub.

Çaparlı kənd sakinləri AzNews.az-a açıqlamasında bildirib ki, İsmayıl Əhmədov həmişə ailə üzvlərinə işgəncə verib:

“İsmayıl tək qızını deyil, bütün ailə üzvlərini döyür. Dəfələrlə oğlunu, qızını, arvadını döyüb. Münaqişəli bir ailədir. İsmayılın səhhətində problemlər var. Bundan istifadə edib hamıya şiddət göstərir. Biz dünən eşitdik ki, İsmayıl qızını möhkəm döyüb, sonra da baltalayıb. Belə hadisələr çox olub. Onun bir oğlu, bir qızı var. Qızı ailə qurub, boşandıqdan sonra atası evinə qayıtmışdı. Onların ailə davasına dəfələrlə polis gəlib”.

Qeyd edək ki, Şəmkirdə ata qızını baltalayıb. Hadisə rayonun Çaparlı kəndində qeydə alınıb.

1994-cü il təvəllüdlü Əhmədova Nuranə İsmayıl qızı ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru