Şamaxıda kütləvi dava - Ərlə arvadı döydülər (FOTO)

10-10-2017, 16:49           
Şamaxıda kütləvi dava - Ərlə arvadı döydülər (FOTO)
Şamaxı rayonunda kütləvi dava zamanı ər-arvad döyülüb.

"Report" Şirvan bürosunun məlumatına görə, hadisərayonun Çarhan kəndində qeydə alınıb.

Belə ki, kənd sakini Qulam Səftərovla xırdabuynuzlu mal-qaranı kəndin ərazisində ortaran rayonun Şəhriyar qəsəbəsinin sakini Mehman Osmanovarasında mübahisə yaranıb. Səbəb isə həmin kəndin ərazisində başqa qəsəbə vaya kəndlərin sakinlərinə məxsus mal-qaranın otarılmasına kənd sakinlərinin qarşı çıxması olub. Buna görə də Çarhan kəndinin sakinləri orada heyvanları otaran çoban, rayonun Şəhriyar kənd sakiniM.Osmanovdan mal-qaranı kəndin otlaq sahəsindən uzaqlaşdırmağı tələb ediblər.

Daha sonra mübahisəyə qoşulan Çahran kəndinin üç nəfər sakini çobanın yaşadığı evə hücum edərək onu və həyat yoldaşını döyüblər.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan ər-arvad qonşular tərəfindən Şamaxı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Fakt Şamaxı RayonPolisŞöbəsi tərəfindən araşdırılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru