Bakıda Ağır Qəza: Taksidəki Qadın Zərbədən Yola Düşdü

14-10-2017, 19:58           

Bu gün Bakının Yasamal rayonunda avtomobil qəzası baş verib.

TEREF.İNFO Yenicag.az-a istinadla xəbər verir ki, Cəfər Cabbarlı 26-28 küçəsində baş verən qəzada təxminən 60-65 yaşlarında olan qadın xəsarət alıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Hadisənin baş verməsinə gəlincə, taksi fəailiyyəti ilə məşğul olan 10-TU-775 dövlət nömrəli nişanlı, “Nissan Sunny” markalı avtomobil dönmə əməliyyatını yerinə yetirərkən 99-EC-778 dövlət nömrə nişanlı, “Nissan X-Trail” markalı avtomobil tərəfindən vurulub. Zərbənin təsirindən taksidə müştəri kimi əyləşən qadın yola düşüb. Hadisə yerinə dərhal təcili tibbi yardım çağırılıb.

Faktla bağlı araşdırma başlanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru