Bakıda 110 min manata mənzil alan şəxsin evi başqasına satılıb

14-10-2017, 22:27           
Bakıda 110 min manata mənzil alan şəxsin evi başqasına satılıb
Bakıda 110 min manata mənzil alan şəxsin evi başqasına satılıb.

APA-nın məlumatına görə, Bakı şəhər sakini Vüqar Həsənov polisə ərizə ilə müraciət edərək 2014-cü ildə “Yüksəliş” MTK-nın Xətai rayon ərazisində inşa etdiyi binadan 110 min manata ev aldığını bildirib. Bir neçə gün əvvəl evinə baş çəkməyə gedən V. Həsənov mənzildə başqa adamların yaşadığını görüb. Həmin şəxslər evi şirkətdən aldığını deyiblər.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Sosial səhifələrdə paylaş












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru