Bakıda atışma: Polis idarəsinin rəis müavini yaralandı

16-10-2017, 02:30           

Bakının Nizami rayonunda 1 nəfərin yaralanması ilə nəticələnən silahlı insident baş verib.

teref.az Report-a istinadən xəbər verir ki, insident naməlum şəxslərlə polis əməkdaşları arasında qeydə alınıb.

Səbail Rayon Polis İdarəsinin (RPİ) 9-cu Polis bölməsinin rəisi polis polkovnik-leytenantı Qədirov Elsəvər Maksim oğlu və Səbail RPİ-nin əməliyyat üzrə rəis müavini polis zabiti Orxan Axundzadə şübhəli şəxslərin olduğu "Toyota Prado" markalı avtomobili izləyib.

Qara Qarayev prospekti, "Ruslan 93" idman kompleksinin qarşısında polis zabiti Orxan Axundzadə "Toyota"ya yaxınlaşıb. Avtomobildə olan şübhəli 3 şəxsdən biri "Vinçestr" markalı odlu silahdan polislərə atəş açıb. Bu zaman polislə şübhəli şəxslər arasında atışma olub. Nəticədə canilər polisdən qaça biliblər. O.Axundzadə yaralanıb.

Polis zabiti sağ ayağından aldığı güllə yarası ilə M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi (Eksperimental Xəstəxana)-ya yerləşdirilib. Hadisə zamanı onun damarı zədələnib. İnsident yerinə Səbail Rayon Polis İdarəsinin rəisi də gəlib. Hazırda araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru