Rüfət Aslanlı jurnalistə vəzifə verdi - YENİ TƏYİNAT

16-10-2017, 12:23           
Rüfət Aslanlı jurnalistə vəzifə verdi - YENİ TƏYİNAT
Maliyyə Bazarlarına Nəzarət Palatasında yeni təyinat olub.

Unikal.org xəbər verir ki, Elşən Allahverdiyev Maliyyə Bazarlarına Nəzarət Palatasının Mətbuat katibi təyin olunub.

Məlumatı Unikal.org-a Elşən Allahverdiyev özü də təsdiq edib.

Qeyd edək ki, əvvəllər Elşən Allahverdiyev Azərbaycan Televiziysında (AZTV) çalışıb, "CDB Bank”və "Günay Bank”da Marketinq və İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri olub.

E. Allahverdiyev uzun müddət Sumqayıtda fəaliyyət göstərən "168saat" qəzetində çalışıb.

Qeyd edək ki, Rüfət Aslanlı Maliyyə Bazarlarına Nəzarət palatasının sədridir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru