"Heç kimdən şikayətçi deyiləm" - Müşfiq Mədətov danışdı

16-10-2017, 17:08           
"Heç kimdən şikayətçi deyiləm" - Müşfiq Mədətov danışdı
Mərhum prezident Heydər Əliyevin keçmiş mühafizəçisi Müşfiq Mədətov bıçaqlanması ilə bağlı xəbərlərə münasibət bildirib.

“Qafqazinfo”ya açıqlama verən Mədətovun sözlərinə görə, bıçaqlanması ilə bağlı yayılan xəbərlər yalandır:

“Tamamilə yalan xəbərdir. Əgər bıçaqlansaydım 3 gün polis idarəsində saxlanılmazdım. Məni idarədə qanunsuz olaraq saxladılar. Adı silahlı insidentə qarışan həmin şəxsləri isə heç vaxt tanımamışam. Heç kimdən şikayətçi deyiləm. Münaqişənin söyüş üstündə baş verməsi yalan xəbərdir”.

Qeyd edək ki, mətbuatda Müşfiq Mədətovun bıçaqlanması ilə bağlı xəbərlər yayılıb. Həmin şəxslər, eyni zamanda Səbail RP-nin rəis müavini, polkovnik Orxan Axundzadəni ayağından güllə ilə vurub qaçıblar. Keçirilən əməliyyat zamanı 3 nəfər şübhəli – Kazım Abbasov, Məhəmməd İsmayılov və Emin Həsənov saxlanılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru