Aslan İsmayılova irəli sürülən İTTİHAMLAR

16-10-2017, 21:53           
Aslan İsmayılova irəli sürülən İTTİHAMLAR
Bu gün Binəqədi rayon Polis İdarəsinə çağırılan tanınmış hüquqşünas Aslan İsmayılovdan müstəntiq İlqar Həmidov izahat alıb:

PRESSDAY.az bildirir ki, Aslan İsmayılovun sözlərinə görə, ondan qanun çərçivəsində izahat alınıb:

"Mən də nə varsa, hamısını dedim. Mənə qarşı ittiham qaldırılıb ki, guya mən məhkəmənin qapısını sındırmışam, təhqir etmişəm, məhkəməyə hörmətsizlik etmişəm".

O, ittihamla razılaşmadığını bildirib.

Binəqədi rayon Məhkəməsinin hakimi Rəşad Əliyevin ərizəsi əsasında Binəqədi rayon prokuroru Nazim İmanov Aslan İsmayılov haqqında Cinayət Məcəlləsinin 221.1. (Xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər) maddəsi ilə cinayət işi başlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru