Köçəri quş dəstələri tıxacda dalaşdı

17-10-2017, 08:41           
Köçəri quş dəstələri tıxacda dalaşdı
Xakasiya rayonu ərazisində köçəri quşların davası baş verib. Lenta.ru saytının xəbərinə görə, qovğa gecə saatlarında baş verib və o qədər səs-küylü olub ki, bütün kənd ayağa qalxıb.

Səhər saatlarında isə kənd sakinləri yerdə yaralanmış çöl qazı tapıblar. Bu səbəbdən də o, ümumi köçə qoşula bilməyib Amma çöl qazının köçəri quşlara necə qoşulduğu məlum deyil. Quşlar arasında dava isə yolda yaranmış “tıxac”a görə baş verib. Belə ki, köçəri quşların iki dəstəsi yolda toqquşub və amansız qovğaya başlayıblar. Müşahidəçilər deyir ki, dəstələrin davası 20 dəqiqəyə yaxın davam edib və sözügedən çol qazının “qanı axıdılandan” sonra hərə öz yoluna davam edib. Yaralı quşu isə vilayətin zooparkında müalicəyə aparıblar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru