Ukraynada məşhur azərbaycanlı onkoloq dünyasını dəyişib

19-12-2017, 12:39           
Ukraynada məşhur azərbaycanlı onkoloq dünyasını dəyişib
Ukraynada Ternopol vilayət onkoloji dispanserinin baş həkiminin müavini Şahin Babanlı dünyasını dəyişib. Bu barədə Report Ukrayna KİV-nə istinadən xəbər verir.

O, dekabrın 17-də uzun sürən xəstəlikdən sonra 60 yaşında vəfat edib.

Qeyd edək ki, Babanlı Azərbaycanın Qazax şəhərində doğulub.

O, 1980-ci ildə Ternopol dövlət tibb institutunu "Müalicə işi" ixtisası üzrə bitirmişdir. 2013-ci ildən Ternopol vilayət onkoloji dispanserinin baş həkiminin cərrahiyyə işləri üzrə müavini vəzifəsində çalışıb.

Dəfn mərasimi dekabrın 19-də keçiriləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru