Rusiyanın Nijeqorod vilayətinin Qanunvericilik Məclisi sədrinin müavini Oleq Sorokin saxlanılıb. Trend-in məlumatına görə, vitse-spikerin saxlanılmasından sonra yaşadığı ünvanda axtarışlar aparılması barədə vilayətin Dövlət Dumasındakı deputatı Aleksandr Kurdyumov xəbər verib.
Vilayət parlamentinin vitse-spikerinin hansı səbəbdən saxlanılması hələ açıqlanmayıb.
İlkin ehtimal olaraq KİV-lərdə onun iqtisadi cinayətlərlə saxlanıldığı barədə məlumatlar yayılıb.